azturkxeber.az
http://azturkxeber.az

Kənd Təsərrüfatı Nazirliyi “Rebuild Karabakh” sərgisində təmsil olunur

14-10-2025

Bakı Ekspo Mərkəzində 5-ci yubiley Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisi (Rebuild Karabakh) öz işinə başlayıb.

Tədbirin əsas məqsədi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası, bölgədə sosial-iqtisadi infrastrukturun yenilənməsi, kənd təsərrüfatı və digər prioritet sahələrin inkişafına dəstək verməkdir.

Sərgidə Kənd Təsərrüfatı Nazirliyi geniş stendlə təmsil olunur. Tədbirin ilk günündə Nazirlik Aparatının rəhbəri Azad Cəfərli və Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov Kənd Təsərrüfatı Nazirliyi tərəfindən işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı sektorunda görülən işlər, həyata keçirilən layihələr və gələcək inkişaf planları barədə ziyarətçilərə ətraflı təqdimatlar ediblər.

Aqrar İnnovasiya Mərkəzinin təqdim etdiyi stenddə aqrar startapçılar öz məhsul və innovativ həlləri ilə iştirak edərək ölkənin kənd təsərrüfatı sektorunda innovasiyaların tətbiqini nümayiş etdirirlər.

Nazirliyin stendində “ağıllı istixana texnologiyaları”, “ağıllı soyuducu sistem”, “resurs səmərəliliyinə yönəlmiş filtr sistemləri”, “dron texnologiyaları”, “torpağın monitorinqi və aqrar analiz texnologiyaları” kimi müxtəlif istiqamətləri əhatə edən innovativ həllər təqdim olunur. Startap layihələri daha dayanıqlı və məhsuldar təsərrüfat mühitinin yaradılmasına, həmçinin kənd təsərrüfatında rəqəmsal və yaşıl texnologiyaların tətbiqinin genişləndirilməsinə xidmət edir.

Sərgi müddətində Nazirliyin stendində işğaldan azad olunmuş bölgələrdə Aqrar İnnovasiya Mərkəzi tərəfindən təşkil olunan Aqrar Biznes Festivalları və toxum sərgi-satış yarmarkalarına dair videomateriallar nümayiş etdirilir. Bu materiallar vasitəsilə ziyarətçilərdə kənd təsərrüfatı sahəsində regionların potensialı və inkişaf istiqamətləri haqqında geniş təsəvvür yaradılır.

Qeyd edək ki, 14-16 oktyabr tarixlərində keçiriləcək “Rebuild Karabakh” sərgisi Qarabağın bərpası prosesinə dövlət və özəl sektorun, həmçinin beynəlxalq tərəfdaşların cəlb olunması baxımından mühüm platforma rolunu oynayır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031