Çalışdıqları şirkətdən oğurluq edənlər saxlanılıblar
Paytaxtın Suraxanı rayonunda talama cinayəti baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, rayonun Zığ qəsəbəsində yerləşən şirkətlərin birindən 7 min manat dəyərində oğurluq edilməsi barədə polisə məlumat daxil olub.
Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən həmin şirkətdə mühafizə xidmətində çalışan 34 yaşlı A.İsgəndərov və 35 yaşlı A.Zeynalov saxlanılıblar.
Araşdırma aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: