azturkxeber.az
http://azturkxeber.az

Naxçıvan şəhərində minik avtomobili yanıb

11-10-2025

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan şəhərində "Mercedes” markalı minik avtomobilində yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, məlumatla əlaqədar dərhal Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisə nəticəsində avtomobilin baqaj hissəsi yanıb, digər hissələri yanğından mühafizə olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031