azturkxeber.az
http://azturkxeber.az

Lənkəranda baş verən qəzada xəsarət alanlar var

10-10-2025

Lənkəranda baş verən qəzada xəsarət alanlar var

Lənkəranda baş verən qəzada 5 nəfər xəsarət alıb.

Hadisə Lənkəran-Lerik magistralında, Lənkəran rayonunun Şovu kəndi ərazisində baş verib.

Belə ki, 2003-cü il təvəllüdlü Murad Vasif oğlu Mirzəzadənin idarə etdiyi "VAZ 2106" markalı nəqliyyat vasitəsi Eldəniz Fayaz oğlu Əmrəyevin idarə etdiyi "Reno" markalı nəqliyyat vasitəsi ilə toqquşub. "VAZ-2106" markalı nəqliyyat vasitəsinin sürücüsü və digər avtomobildə olan sərnişinlər - 7 yaşlı X.Məmmədli, 12 yaşlı F.Əmrəzadə, 17 yaşlı E.Əmrəzadə və 17 yaşlı Ş.Sultanova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar. Hazırda onların müalicələri müvafiq şöbədə davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031