azturkxeber.az
http://azturkxeber.az

Lənkəranda baş verən qəzada üç nəfər xəsarət alıb

29-03-2025


Lənkəranda idarəetməni itirən avtomobil yol kənarındakı çuxura düşüb, xəsarət alanlar var.

Hadisə Lənkəran rayonunun Xanbulan kəndi ərazisində baş verib. Hərəkətdə olan “VAZ-21011” markalı nəqliyyat vasitəsi idarəetməni itirərək yol kənarındakı çuxura düşüb. Qəza nəticəsində avtomobildə olan sərnişinlər - Astara rayon sakinləri 2005-ci il təvəllüdlü Zamiq İsmayıl oğlu Rəhmətzadə, 2001-ci il təvəllüdlü Ramiq Vaqif oğlu Həsənzadə və Lənkəran rayon Göyşaban kənd sakini 2006-cı il təvəllüdlü Məriyyəm Ceyhun qızı Əlizadə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar. Yaralılara zəruri ilkin tibbi xidmətlər göstərilib.

Faktla bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31