Ombudsman Səbinə Əliyeva: !!!
“Müvafiq ixtisası olmayan şəxslər tərəfindən internet və sosial şəbəkələr vasitəsilə xidmətlərin göstərilməsinin qarşısını alan mexanizmlərin işlənib hazırlanması zəruridir”
Ombudsmanın tapşırığı əsasında İşçi Qrupun Katibliyi tərəfindən sosial şəbəkələrin monitorinqi də həyata keçirilib. Təəssüf ki, sosial şəbəkələrdə aidiyyəti sahədə fəaliyyət göstərən çoxsaylı şəxslərin əksəriyyəti müvafiq təhsilə malik deyil və bu, insanlarda psixi sağlamlıq sahəsində yanlış təsəvvürlərin formalaşmasına səbəb olur. Psixiatr, psixoloq, psixoterapevt, nevroloq anlayışlarının qarışdırılması, dərman müalicəsi ilə bağlı əsassız stereotiplərin yayılması və qeyri-peşəkar məsləhətlərin verilməsi insanların həyatına, təhsilinə və fəaliyyət imkanlarına mənfi təsir göstərir. Sosial şəbəkələrin monitorinqi psixi sağlamlıq sahəsində yardım göstərmək hüququ olan şəxslərə dair tələblərin icrasına nəzarətin artırılması, xüsusilə də belə hüququ olmayan şəxslər tərəfindən internet və sosial şəbəkələr vasitəsilə psixoloji yardım, seans, məsləhət xidmətləri göstərilməsinin qarşısını alan mexanizmlərin işlənib hazırlanmasının zəruri olduğunu göstərməkdədir”.