azturkxeber.az
http://azturkxeber.az

Növbəti hərracda 74 dövlət əmlakı özəlləşdirilib

09-10-2025

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən növbəti hərracda 2 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili və 71 nəqliyyat vasitəsi satılıb.

Dövlət Xidmətinin məlumatına görə, özəlləşdirilən kiçik dövlət müəssisələri Samux rayonunda yerləşən "Seyidlər üzüm emalı zavodu” və Şirvan şəhərində yerləşən fermadır.

Satılan nəqliyyat vasitələrinin buraxılış tarixləri 1986-2014-cü illəri əhatə edir.

Hərraclarda özəlləşdirilən dövlət əmlaklarının siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq olar.

Hərraclarda iştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından seçim edə bilərlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031