azturkxeber.az
http://azturkxeber.az

Millət Vəkili Günay Ağamalı Salyan rayonunda vətəndaşlarla görüş keçirib

09-10-2025

04 Oktyabr 2025-ci ildə Milli Məclisin deputatı Günay Ağamalının Salyan şəhəri, Heydər Əliyev küçəsi 107 ünvanında, İnzibati binada vətəndaşlarla növbəti görüşü keçirildi.

İlk öncə müasir Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı, suverenliyimizin bərpası uğrunda canlarından keçən qəhraman şəhidlərimizin əziz xatirəsi bir dəqiqlik sükutla yad edildi. Daha sonra Millət Vəkili qısa müddət ərzində görülmüş işlər və həllini tapmış müraciətlər haqqında görüş iştirakçılarına məlumat verdi.

Ardınca, Millət Vəkili Günay Ağamalı vətəndaşların səsləndirdiyi müraciətlər və təklifləri dinlədi, onların həlli istiqamətində zəruri işlərin görüləcəyini və qanunvericiliyin tələblərini diqqətə çatdırdı.

Daha sonra, Deputat Günay Ağamalı 44 günlük Vətən Müharibəsinin şəhidi Məmmədov Elmir Arzu oğlunun Salyan rayonu Xocalı kəndində yaşayan ailəsini ziyarət etdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031