azturkxeber.az
http://azturkxeber.az

Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edilib

08-10-2025

DYP əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını kobud şəkildə pozub avtoxuliqanlıq edərək digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaradan "BYD" markalı 77-SH-182 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Vəzirov İbrahim saxlanılıb.

Sürücü barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə sürücü İ.Vəzirovun idarəetmə hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 1 ay müddətinə inzibati qaydada həbs edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031