azturkxeber.az
http://azturkxeber.az

Həbsdə olan Ruben Vardanyan Rusiyadakı avtomobil biznesindəki bütün paylarını satıb

07-10-2025

Azərbaycanda həbs olunan Ermənistan vətəndaşı Ruben Vardanyan Rusiyadakı avtomobil sektorundan tamamilə çıxıb. O, “KAMAZ” şirkətinin əsas səhmdarlarından biri olan “Voshod” MMC-dəki 25 faiz payını satıb. Hazırda “Voshod”un digər səhmdarları “KAMAZ”ın baş direktoru Sergey Kogogin (37,5%) və “Spektr” MMC (37,5%) olaraq qalır. 2024-cü ilin payızında Vardanyan artıq “KAMAZ” şirkətində də səhmdar deyildi. Mütəxəssislər bu prosesin onun 2023-cü ilin sentyabrında baş vermiş həbsi ilə əlaqəli olduğunu bildirirlər.

“Kama” şirkəti “Atom” adlı elektrik avtomobilinin seriyalı istehsalına 2024-cü ilin sonunadək “Moskviç” zavodunda başlanacağını təsdiqləyib. Avtomobilin satış qiymətinin 3–4 milyon rubl arasında olacağı gözlənilir. Dövlət dəstəyi olmadan layihənin uğur qazanacağına dair şübhələr olsa da, taksi və karşerinq xidmətləri tərəfindən maraq göstərilə biləcəyi ehtimal olunur.

Ruben Vardanyana qarşı Azərbaycan Cinayət Məcəlləsinin 30-dan çox ağır maddəsi üzrə ittiham irəli sürülüb. Bu ittihamlar arasında müharibə aparmaq, terrorizm, işgəncə, adam öldürmə və qeyri-qanuni sahibkarlıq fəaliyyəti də yer alır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031