azturkxeber.az
http://azturkxeber.az

Özünüməşğulluq proqramı üzrə son bir ayda 1300-ə yaxın şəxs üçün təsərrüfatlar yaradılıb

03-10-2025

Özünüməşğulluq proqramı üzrə son bir ayda 1300-ə yaxın şəxs üçün təsərrüfatlar yaradılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi özünüməşğulluq proqramı iştirakçılarının aktivlərlə təminatını davam etdirir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ötən ay paytaxt və regionlarda daha 1290 işsiz və işaxtaran şəxsə bu proqram çərçivəsində mal və materiallar formasında aktivlər təqdim olunub.

Onlardan 223-ü istehsal və xidmət, 1067-si isə kənd təsərrüfatı istiqaməti üzrə proqrama cəlb olunanlardır.

Verilmiş aktivlər hesabına proqram iştirakçıları həmin istiqamətlər üzrə kiçik təsərrüfatlarını yaradıblar.

Proqrama cəlb olunanlar üçün əvvəlcə təlimlər təşkil edilir, olara kiçik biznesin təşkili və idarə olunmasına dair bilik və bacarıqlar öyrədilir.

Təlimlərdən sonra özünüməşğulluq istiqaməti üzrə biznes planlarına uyğun aktivlərlə təmin olunurlar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031