Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi özünüməşğulluq proqramı iştirakçılarının aktivlərlə təminatını davam etdirir.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, son bir həftədə paytaxt və regionlarda 784 nəfər işsiz və işaxtaran bu proqram çərçivəsində aktivlərlə təmin olunub.
Mal və materiallar formasında verilmiş aktivlər hesabına proqram iştirakçıları üçün kənd təsərrüfatı, istehsal və xidmət sahələri üzrə kiçik təsərrüfatlar qurulub.
Proqrama cəlb olunanlar üçün ilk mərhələdə təlimlər keçirilir, onlara kiçik biznesin təşkili və idarə edilməsi üzrə bilik və bacarıqlar öyrədilir.
Təlimləri bitirənlər biznes planlarına uyğun aktivlərlə təmin edilirlər.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Ombudsmanın İnsan Hüquq və azadlıqlarının daha effektiv təmini üzrə illik təklifləri
Özünüməşğulluq proqramı üzrə son bir ayda 1300-ə yaxın şəxs üçün təsərrüfatlar yaradılıb
Milli Məclisdə 2026-cı ilin dövlət büdcəsi layihəsi birinci oxunuşda qəbul edilib
Son bir ayda özünüməşğulluq proqramı üzrə 945 şəxs üçün kiçik təsərrüfatlar qurulub
2024-cü ilin 9 ayında Saatlının istehsal və xidmət sahələri üzrə əsas göstəriciləri