azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan AOK-un seminarında və Olimpiya Həmrəyliyi forumunda təmsil olunur

03-10-2025

 

Maltada Avropa Olimpiya Komitələrinin (AOK) 45-ci Seminarı və Olimpiya Həmrəyliyi forumu öz işinə başlayıb.

Milli Olimpiya Komitəsindən (MOK)  verilən məlumata görə, forumda Azərbaycanı MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, baş katib Azər Əliyev və qurumun xarici əlaqələr idarəsinin müdiri Anar Bağırov təmsil edirlər.

Forumun ilk günü 45-ci Avropa Olimpiya Komitələrinin (AOK) seminarı və rəsmi açılış mərasimi ilə başlayıb. Açılışda Malta Milli Olimpiya Komitəsinin prezidenti Yulian Peys Bonello, Avropa Olimpiya Komitələrinin prezidenti Spiros Kapralos, Maltanın təhsil, idman, gənclər, tədqiqat və innovasiya naziri Klifton Qrima, habelə Avropa Komissarı Qlenn Mikallef çıxış ediblər.

Forumda AOK İcraiyyə Komitəsinin iclasları, komissiya sədrləri ilə görüşlər, birgə işçi sessiyaları, Avropanın ən yaxşı gənc idmançısı mükafatının təqdimat mərasimi, AOK və Olimpiya Həmrəyliyi üzrə seminarlar keçirilib.

AOK-un forumu Avropanın gənc idmançılarına dəstək vermək, Olimpiya dəyərlərinin təbliği və beynəlxalq əməkdaşlığın gücləndirilməsi üçün əhəmiyyətli rol oynayır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031