azturkxeber.az
http://azturkxeber.az

III MDB Oyunları ilə əlaqədar DİN-in katerləri vasitəsilə Kür çayında fasiləsiz xidmət aparılır

01-10-2025

III MDB Oyunları çərçivəsində Mingəçevir şəhərində keçiriləcək avarçəkmə yarışlarında təhlükəsizliyin yüksək səviyyədə təmin olunması məqsədilə Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən Kür çayında gücləndirilmiş xidmət təşkil olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, xidmətə əlavə katerlər və canlı qüvvə cəlb edilib.

“Polis əməkdaşları su hövzəsində ictimai asayişin qorunması, hər hansı hüquqazidd əməllərin qarşısının vaxtında alınması, eləcə də köməyə ehtiyacı olan şəxslərə operativ yardım göstərilməsi istiqamətində fasiləsiz rejimdə fəaliyyət göstərirlər”, - deyə məlumatda bildirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031