Şəkidə III MDB Oyunları ilə Bağlı Gücləndirilmiş Polis Xidməti Təşkil Olunub
III MDB oyunları ilə əlaqədar Şəkidə polisin fasiləsiz xidməti təşkil olunub
Ölkəmizdə keçirilən III MDB oyunları ilə əlaqədar Şəkidə də təhlükəsizliyin yüksək səviyyədə təmin edilməsi məqsədilə DİN-in əməkdaşları tərəfindən gücləndirilmiş xidmət təşkil olunub. Rayon ərazisində və oyunların keçirildiyi məkanlarda xidmətə əlavə canlı qüvvə cəlb edilib.
Polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları ictimai asayişin qorunması, hər hansı hüquqazidd əməllərin qarşısının vaxtında alınması, eləcə də köməyə ehtiyacı olan şəxslərə operativ yardım göstərilməsi istiqamətində fasiləsiz rejimdə fəaliyyət göstərirlər.