azturkxeber.az
http://azturkxeber.az

Vətən müharibəsinin Göyçaydan olan ilk şəhidi Zamiq Əhmədovun xatirəsi anılıb

30-09-2025

Göyçay rayonunun Ləkçılpaq kəndində Vətən müharibəsinin ilk şəhidi, igid döyüşçü Zamiq Çingiz oğlu Əhmədovun əziz xatirəsi yad olunub. Şəhidin şəhadətə ucalmasının 5-ci ildönümü münasibətilə keçirilən anım mərasimində Rayon İcra Hakimiyyətinin başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları, RİHB-nın Ləkçılpaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin rəsmiləri, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin nümayəndələri, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.

Tədbir çərçivəsində şəhidin məzarı ziyarət edilib, üzərinə gül-çiçək dəstələri düzülüb. Onun ruhuna dualar oxunub, qəhrəmanlıq yolundan söz açılıb. Qeyd olunub ki, Zamiq Əhmədov kimi oğulların fədakarlığı nəticəsində Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində tarixi Zəfərə imza atıb.

Şəhidin həyat və döyüş yolu bir daha yada salınıb. Bildirilib ki, Zamiq Əhmədov 1987-ci ildə Göyçay rayonunun Ləkçılpaq kəndində dünyaya göz açıb. O, 2020-ci il sentyabrın 21-də hərbi təlimlərə cəlb edilib. Zamiq Əhmədov Vətən müharibəsinin ilk günlərində Ağdam istiqamətində gedən döyüşlərdə şəhid olub.

Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif edilib.

Mərasim iştirakçıları şəhidin ailəsinə dərin hörmət və ehtiramlarını ifadə edərək qeyd ediblər ki, Zamiq Əhmədov kimi qəhrəmanlar xalqımızın yaddaşında əbədi olaraq yaşayacaq, onların şücaəti gələcək nəsillərə örnək olacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930