azturkxeber.az
http://azturkxeber.az

Milli Məclisin deputatı Azər Allahverənov Nardaran qəsəbəsində vətəndaşları qəbul edib

30-09-2025

Milli Məclisin deputatı Azər Allahverənov Nardaran qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyin inzibati binasında qəsəbə sakinləri ilə görüş keçirib.

Qəbul zamanı sakinlər tərəfindən əsasən yol infrastrukturunun yaxşılaşdırılması, o cümlədən bəzi ərazilərdə ağacların budanması, bundan başqa işsizlik probleminin aradan qaldırılması, ev və məişət şəraitinin yaxşılaşdırılması, həmçinin digər sosial məsələlər qaldırılıb.

Deputat tərəfindən qeydə alınan müraciətlər aidiyyəti üzrə baxılması üçün müvafiq dövlət qurumlarına yönləndiriləcəkdir. Vətəndaşların diqqətinə çatdırılıb ki, hər bir müraciət diqqətlə araşdırılacaq və onların həlli istiqamətində zəruri addımlar atılacaq. Bildirilib ki, bunun üçün aidiyyəti qurumlarla sıx aparılan koordinasiya işləri davam etdiriləcək və sakinlər qaldırılan məsələlərin icrası barədə mütəmadi olaraq məlumatlandırılacaqlar.

Görüş zamanı deputat Azər Allahverənov Nardaran sakinlərinin həyat şəraitinin yaxşılaşdırılması və sosial rifahının artırılması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlər barədə geniş məlumat verib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930