azturkxeber.az
http://azturkxeber.az

Barselonada UNESCO-nun Mədəniyyət Siyasətləri və Dayanıqlı İnkişaf üzrə Dünya Konfransının rəsmi açılış mərasimi keçirilib

30-09-2025

Xəbər verdiyimiz kimi, 29 sentyabr – 1 oktyabr tarixlərində İspaniyanın Barselona şəhərində UNESCO-nun Mədəniyyət Siyasətləri və Dayanıqlı İnkişaf üzrə Dünya Konfransı (MONDIACULT 2025) keçirilir.

Tədbirdə mədəniyyət naziri Adil Kərimlinin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti də iştirak edir.

Sentyabrın 29-da konfransın rəsmi açılış mərasimi olub.

Çıxışlarda üç gün davam edəcək konfransın əhəmiyyəti vurğulanıb, məqsədləri diqqətə çatdırılıb. Həmçinin yeni çağırışlar fonunda qarşıda duran vəzifələr, atılmalı olan addımlardan bəhs edilib.

Sonra maraqlı konsert proqramı təqdim olunub.

Qeyd edək ki, konfrans çərçivəsində sentyabrın 29-da “Mədəniyyətə əsaslanan İqlim Fəaliyyəti üzrə Dostlar Qrupunun 3-cü Yüksək Səviyyəli Nazirlər Dialoqu" da təşkil olunub. Mədəniyyət naziri Adil Kərimli görüşdə çıxış edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930