azturkxeber.az
http://azturkxeber.az

Azərbaycanın ABŞ-dakı səfirliyində Anım Gününə həsr olunmuş tədbir keçirilib

30-09-2025

Azərbaycanın ABŞ-dakı səfirliyində 27 sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Azərbaycan diaspor nümayəndələri və ABŞ-da təhsil alan tələbələr iştirak edib. Əvvəlcə torpaqlarımızın azad olunması uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışı zamanı səfir Xəzər İbrahim bildirib ki, şəhidlərin qanı Vətənimiz üçün Zəfərə yol açıb və hər bir azərbaycanlı əbədi olaraq onlara borcludur. O, deyib ki, Azərbaycan Zəfəri yalnız meydanda deyil, eyni zamanda masada qazanıb. Onun sözlərinə görə, Prezident İlham Əliyevin dediyi kimi Azərbaycan həm hərbi zəfəri, eyni zamanda da sülhü qazanıb.

“Biz bu gün fəxrlə deyirik ki, biz yalnız bölgədə deyil, eyni zamanda dünyada da qalib bir millət, xalq, gənclərik. Gənclərin üzərinə düşən məsuliyyət odur ki, belə zəfərlərimiz çox olsun və mən əminəm ki, biz birlikdə buna nail olacağıq”,- deyə Xəzər İbrahim bildirib.

Daha sonra çıxış edən Azərbahcan diasporunun təmsilçisi Şamama Məmmədova 44 günlük müharibə zaman uzaqda olsalar da Vətənlə birlikdə eyni hissləri yaşadıqlarını dilə gətiriblər. O, bu hisslərin ifadəsi olaraq qızı ilə birlikdə 15 metrlik Azərbaycan bayrağı tikərək səfirliyin önündə və daha sonra müxtəlif ştatlarda dalğalandırıb. Şamama Məmmədova arzusunu gerçəkləşdirmək üçün bayrağı ötən il Şuşaya apardığını deyib və bayrağımızın hər zaman yüksəkdə olmasını diləyib.

Sonda 27 Sentyabr – Anım Günü ilə bağlı videosüjet nümayiş etdirilib






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930