azturkxeber.az
http://azturkxeber.az

Səlahiyyətli nümayəndə şəhid ailələrini ziyarət edib

27-09-2025

Sentyabrın 27-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli şəhid ailələrini ziyarət edib.

Səlahiyyətli nümayəndə Şərur rayonunun Dizə kəndində və Culfa şəhərində Vətən müharibəsi şəhidləri mayor Vüsal Vəliyevin və leytenant Yaqub Nəcəfovun, eləcə də Naxçıvan şəhərində antiterror əməliyyatları zamanı şəhid olmuş kapitan Elcan Bababəylinin ailə üzvləri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.

Görüşlərdə ölkəmizin ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərimizin ailələrinə, qazilərimizə və müharibə iştirakçılarına olan diqqət və qayğının dövlətimizin sosial siyasətinin əsas istiqamətlərindən biri olduğu bildirilib. Qeyd edilib ki, Vətən müharibəsində qəhrəmanlıq göstərərək qanı ilə tarix yazan igid oğullarımızın adları Azərbaycan xalqının qəlbində yaşayacaq.

Şəhidlərin ailə üzvləri övladları ilə bağlı xoş xatirələrini paylaşıb, onların qəhrəmanlıqları ilə fəxr etdiklərini qeyd edib, şəhid ailələrinə göstərilən dövlət qayğısını daim öz üzərlərində hiss etdiklərini və bundan qürur hissi keçirdiklərini vurğulayıb, yaxşı yaşamaları üçün sosial təminatları ilə bağlı görülən bütün işlərə görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930