azturkxeber.az
http://azturkxeber.az

Qubada minik avtomobili ağaca çırpılıb, sürücü ölüb

27-09-2025

Qubada minik avtomobili ağaca çırpılıb, sürücü ölüb

Qubada ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Quba rayonunun Ağbil kəndi yaxınlığından keçən hissəsində “VAZ 21011” markalı minik avtomobili ağaca çırpılıb.

Hadisə nəticəsində avtomobilin sürücüsü, Quba rayonunun Aşağı Xuc kənd sakini, 23 yaşlı Ceyhun Yusifov və sərnişin 24 yaşlı Asim Qafarov ağır xəsarətlər alıb.

Yaralılar xəstəxanaya çatdırılsa da, sürücü C.Yusifovun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930