azturkxeber.az
http://azturkxeber.az

Qarabağ Universitetində “İkinci Qarabağ müharibəsinə aparan yol” mövzusunda seminar keçirilib

27-09-2025

27 sentyabr – Anım Günü münasibətilə Qarabağ Universitetində Humanitar və sosial elmlər fakültəsinin təşkilatçılığı ilə “İkinci Qarabağ müharibəsinə aparan yol” adlı seminar təşkil olunub.

Əvvəlcə, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin açılışında fakültənin dekanı Elmar Mustafayev çıxış edərək seminarın əhəmiyyətini vurğulayıb. O bildirib ki, gənclərin müasir tariximizin ən mühüm hadisələrindən biri olan İkinci Qarabağ müharibəsinə aparan proseslər, səbəblər və nəticələr barədə daha geniş məlumatlanması olduqca vacibdir.

Daha sonra fakültənin müəllimi Şamxal Əbilov məruzə ilə çıxış edib. Məruzədə İkinci Qarabağ müharibəsinə gətirib çıxaran tarixi, siyasi və hərbi amillər ətraflı təhlil olunub. O, Ermənistanın işğalçılıq siyasəti, beynəlxalq münasibətlər sistemində Azərbaycanın mövqeyi, həmçinin 44 günlük Vətən müharibəsinə aparan diplomatik və hərbi mərhələlər barədə iştirakçılara geniş məlumat verib.

Seminar tələbələr tərəfindən maraqla qarşılanıb və sual-cavab formatında müzakirələrlə davam etdirilib.

Qeyd edək ki, sözügedən seminar 27 sentyabr – Anım Günü münasibətilə Qarabağ Universitetində nəzərdə tutulmuş silsilə tədbirlər çərçivəsində təşkil olunub






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930