Milli Olimpiya Komitəsinin kollektivi Zəfər parkını ziyarət edib
27 Sentyabr Anım Günü ilə əlaqədar Milli Olimpiya Komitəsinin kollektivi Zəfər parkını ziyarət edib.
MOK-un vitse-prezidentləri Çingiz Hüseynzadə, Zemfira Meftaxetdinova, Fərid Mansurov, MOK-un İcraiyyə Komitəsinin üzvləri, Olimpiya çempionları və idman ictimaiyyətinin nümayəndələri Zəfər abidəsi önünə gül dəstələri düzərək, şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsinin başlandığı gün - 27 sentyabr Anım Günü kimi qeyd edilir.