azturkxeber.az
http://azturkxeber.az

Milli Məclisin kollektivi Zəfər parkını ziyarət edib

27-09-2025

Sentyabrın 27-də Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov, sədr müavinləri Ziyafət Əsgərov, Musa Qasımlı, Rafael Hüseynov, parlamentin komitə sədrləri, deputatlar, Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev, Aparat rəhbərinin müavinləri, Aparatın, İşlər İdarəsinin şöbə müdirləri və müavinləri 27 sentyabr - Anım Günü münasibətilə Zəfər parkını ziyarət ediblər.

Deputatlar və Milli Məclisin kollektivi Zəfər parkındakı xatirə daşının önünə tər güllər düzüblər, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiramla anıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930