azturkxeber.az
http://azturkxeber.az

Bir çox infarktların gözlənilməz səbəbi məlum olub

27-09-2025

Bir çox infarktların gözlənilməz səbəbi məlum olub

ABŞ-ın Meyo Klinikasında aparılan yeni tədqiqat göstərib ki, 65 yaşdan kiçik qadınlarda infarktların təxminən yarısı ənənəvi arteriya tıxanması ilə bağlı deyil, başqa mexanizmlərlə bağlıdır.

Tədqiqatın nəticələri “Journal of the American College of Cardiology” (JACC) jurnalında dərc edilib.

Alimlər 2003–2018-ci illərdə Minnesota ştatında baş verən 1474 infarkt hadisəsini analiz ediblər. Kişilərdə infarktların 75 faizi aterotromboz, yəni tıxanmış damarlar içində qan laxtalarının əmələ gəlməsi ilə bağlı olub. Qadınlarda isə bu səbəb yalnız 47 faiz hallarda müşahidə olunub. Qalan hallarda isə spontan koronar arter disseksiyaları (SCAD), emboliyalar və ya stres faktorları, məsələn, anemiya aşkarlanıb.

Həkimlər xüsusilə qadınlarda bu halları səhvən tromboza bağlayırdılar ki, bu da yanlış müalicə taktikasına səbəb ola bilərdi. Kardioloqlar bildirirlər ki, infarktın alternativ səbəblərini tanımaq təkrar halların qarşısını almaq üçün həyati əhəmiyyət kəsb edir. Tədqiqat müəllifləri həm tibbi personalın, həm də xəstələrin məlumatlılığını artırmağa çağırırlar, çünki infarktın əsl səbəbini başa düşmək xəstəliyin nəticəsinə birbaşa təsir göstərir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930