Anım Günündə Fəxri xiyaban, Şəhidlər xiyabanı, Zəfər parkı və Hərbi Memorial Məzarlıq ziyarət edilib
Ehtiram əlaməti olaraq abidə önünə gül çələngi qoyub.
Daha sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, yenidənqurma işləri aparılmış İkinci Şəhidlər xiyabanı kimi tanınan ərazi ziyarət olunub.
Hərbi Memorial Məzarlıqda Müdafiə Nazirliyinin rəhbər heyəti 44 günlük Vətən müharibəsini somvolizə edən monumental abidənin önünə gül çələngi qoyub. Şəhidlərimizin xatirəsinə hörmət və ehtiram nümayiş etdirilib.
Tədbir çərçivəsində müdafiə naziri general-polkovnik Z.Həsənov və digər rəhbər şəxslər şəhid ailələri ilə görüşərək onların qayğıları ilə maraqlanıblar. Görüş zamanı şəhid ailələri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Anım mərasiminin sonunda – saat 12:00-da Müdafiə Nazirliyinin rəhbərliyi, hərbi qulluqçular və şəhid ailələri Hərbi Memorial Məzarlıqda şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.