azturkxeber.az
http://azturkxeber.az

Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov şəhid ailələrini ziyarət edib

27-09-2025

Sentyabrın 27-də - Anım Günündə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov Vətən müharibəsi şəhidləri gizir Ələkbərov Bağır Əsəd oğlu, şəhid gizir Novruzlu Ümid Bahadur oğlu və şəhid leytenant Quliyev Vəli Kamal oğlunun ailə üzvləri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.

Görüş zamanı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun Vətən müharibəsində tarixi Qələbə qazanmasından, hərbçilərimizin qəhrəmanlığından bəhs edilib, ölkə başçısı cənab İlham Əliyevin şəhid ailələri və qazilərə xüsusi diqqətindən danışılıb. Bütün şəhidlərimizin xatirəsinin daim Azərbaycan xalqının qəlbində yaşayacağı vurğulanıb.

Şəhidlərimizin ailə üzvləri şəhidlərin xatirələrini bölüşüb, onların keçdiyi şərəfli döyüş yolundan, mərdlik və şücaətlərindən danışıb, şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930