azturkxeber.az
http://azturkxeber.az

27 Sentyabr Anım Günündə Milli Məclisin Müdafiə Komitəsinin Sədri Arzu Nağıyev Tovuz Rayonunda Şəhidlərin Əziz Xatirəsini Yad Edib

27-09-2025

Bu gün Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Tovuz rayonunda 27 sentyabr - Anım Günü ilə bağlı keçirilən tədbirdə iştirak və çıxış etdi.

Tədbirdə çıxış edən millət vəkili qeyd etmişdir ki, 27 Sentyabr xalqımızın həm hüzn, həm də qürur günüdür. O, Vətən müharibəsində qazanılmış Qələbənin Azərbaycanın siyasi, iqtisadi və hərbi qüdrətinin göstəricisi olduğunu vurğulayaraq, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğının ölkə rəhbərliyinin əsas prioritetlərindən biri olduğunu bildirmişdir.

Tədbirin sonunda şəhidlərin ruhuna dualar oxunmuş, Şəhidlər Xiyabanında ucaldılmış abidə kompleksi və əbədi məşəl önünə gül dəstələri düzülərək şəhidlərin əziz xatirəsi böyük ehtiramla yad edilmişdir.

Həmçinin millət vəkili Tovuz rayonunun Qəribli İnzibati Ərazi Dairəsi üzrə Öskən kəndindən olan şəhid Məmmədov Mehralı Novruz oğlunun məzarını və Novosaratovka kəndində şəhid ailələri ilə birlikdə şəhidlərimizin əziz xatirəsinə inşa edilmiş abidə kompleksi ziyarət olundu, abidə önünə gül dəstələri düzülərək şəhidlərin əziz xatirəsi böyük ehtiramla yad edilmişdir.

Allahdan bütün şəhidlərimizə rəhmət diləyir, onları dərin ehtiramla anır, ruhları qarşısında baş əyirik.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930