azturkxeber.az
http://azturkxeber.az

27 Sentyabr – Anım Günü münasibətilə silsilə tədbirlər keçirilmişdir

27-09-2025

27 Sentyabr – Anım Günü münasibətilə Dövlət Sərhəd Xidmətinin struktur qurumlarında və hərbi hissələrində silsilə tədbirlər keçirilmişdir.

Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti Vətən müharibəsinin beşinci ildönümündə İkinci Fəxri xiyabanı ziyarət edərək ərazi bütövlüyümüzün bərpası, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsini dərin ehtiramla yad etmiş, məzarları üzərinə gül dəstələri düzmüşlər, sonra şanlı qələbəmizə həsr edilmiş Zəfər parkında Zəfər abidəsi ziyarət edilmişdir.

Dövlət Sərhəd Xidməti aparatında keçirilən tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş, Dövlət Himni səsləndirilmişdir.

Tədbirdə Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında əldə olunmuş qələbənin tarixi əhəmiyyətindən, dövlət başçısının siyasi liderlik və sərkərdə məharətindən, qəhrəman hərbçilərimizin şücaətindən, xalqımızın səxavətindən danışılmışdır.

Bildirilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın həyata keçirdiyi dövlət siyasəti nəticəsində şəhidlərimizin müqəddəs xatirəsinə hər zaman dərin ehtiram göstərilir, onların ailələri və qazilərimiz dövlətin, cəmiyyətin diqqət mərkəzində saxlanılır.

Tədbirin sonunda şəhidlərimizin döyüş meydanında göstərdiyi qəhrəmanlığın gələcək nəsillərə örnək olacağı bir daha xüsusi vurğulanmış və şəxsi heyətə Vətən müharibəsindən bəhs edilən sənədli film nümayiş olunmuşdur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930