azturkxeber.az
http://azturkxeber.az

27 Sentyabr - Anım Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib

27-09-2025

Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, 27 Sentyabr - Anım Günü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən məlumat verilib.

Bildirilib ki, anım mərasimlərində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və bütün şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni oxunub.

Tədbirlərdə çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı şanlı Qələbənin tarixi əhəmiyyətindən danışaraq, döyüşlərdə şəhidlik zirvəsinə yüksələn, eləcə də yaralanaraq sağlamlığını itirən soydaşlarımızın Vətənə şərəfli xidmətlərindən ehtiramla bəhs ediblər.

Tarixə qızıl hərflərlə yazılan şanlı Zəfərimizin qazanılmasında Azərbaycan xalqının rolu, qəhrəman oğullarımızın igidlik və şücaət nümunələri iştirakçıların diqqətinə çatdırılıb.

Mərasimlərdə Vətən müharibəsi döyüşlərinin, antiterror əməliyyatı da daxil olmaqla postmüharibə dövründə ordumuzun həyata keçirdiyi uğurlu əməliyyatların regionda sülhün və əmin-amanlığın bərqərar olunmasına misilsiz töhfələr verdiyi xüsusi vurğulanıb.

Silsilə tədbirlər çərçivəsində Şəhidlər xiyabanlarını ziyarət edən hərbi qulluqçular şəhid məzarlarının üzərinə gül qoyaraq Azərbaycan Respublikasının azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən əziz soydaşlarımıza öz ehtiramlarını ifadə ediblər.

Şəxsi heyət üçün hərbi vətənpərvərlik mövzusunda mədəni-kütləvi tədbirlər təşkil olunub, Vətən müharibəsi haqqında sənədli filmlər və videoçarxlar nümayiş etdirilib, döyüş iştirakçıları xatirələrini bölüşüblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930