azturkxeber.az
http://azturkxeber.az

Sahibkarlar tekstil seminarına dəvət olunurlar

26-09-2025

Bu ilin 7 oktyabr tarixində Azərbaycan Tekstil Assosiasiyası (ATA) və Beynəlxalq Tekstil İstehsalçıları Federasiyasının (ITMF) birgə təşkilatçılığı, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun tərəfdaşlığı, “GiLTEX” və “Prime Cotton” şirkətlərinin sponsorluğu ilə “ITMF – Azərbaycan Tekstil Assosiasiyası Seminarı 2025” tədbiri keçiriləcək.

Qanunvericilik islahatları, dayanıqlılıq və ixrac imkanlarının genişləndirilməsi kimi mövzuların müzakirə olunacağı seminarda dövlət qurumları, kommersiya şirkətləri və beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcəklər. Tədbir sahibkarlara tekstil sənayesinin inkişafında iştirak etmək, beynəlxalq təcrübə və yeni tərəfdaşlıqlardan yararlanmaq imkanlarını yaradacaq.

Seminarda iştirak etmək istəyən sahibkarlar aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://textile.az/itmf-azerbaycan-tekstil-assosiasiyasi-seminari-2025/.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930