azturkxeber.az
http://azturkxeber.az

Bakıda “Tekstil Sektorunun İnkişafı və Qlobal İnteqrasiyanın Təşviqi” seminarı keçirilib

08-10-2025

Seminarda beynəlxalq əməkdaşlıq, izləniləbilənlik, dayanıqlılıq və ixrac imkanlarının genişləndirilməsi istiqamətində müzakirələr aparılıb, üçtərəfli fəaliyyət planı imzalanıb.

Bakıda Azərbaycan Tekstil Assosiasiyası (ATA), Beynəlxalq Tekstil İstehsalçıları Federasiyası (ITMF), İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun birgə təşkilatçılığı ilə “Tekstil Sektorunun İnkişafı və Qlobal İnteqrasiyanın Təşviqi” adlı seminar keçirilib. Seminar çərçivəsində izləniləbilənlik, vergi güzəştləri, sertifikatlaşdırma, qanunvericilik təklifləri və dayanıqlılıq mövzularına dair panel sessiyaları təşkil olunub.

Tədbirin açılış mərasimində çıxış edən ITMF-in baş direktoru Dr. Kristian Şindler Azərbaycanın tekstil sənayesinin artıq regional səviyyədə tanındığını və qlobal bazarlarda da təmsil olunmasının vacibliyi, AZPROMO-nun icraçı direktorunun müavini Tural Hacılı ölkəmizin güclü xammal bazası, istehsal imkanları və ixrac potensialının tekstil sektorunun qlobal dəyər zəncirinə inteqrasiyası üçün yeni imkanlar açdığı, “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Emin Məmmədov xalçaçılıq ənənələrinin qorunması və onların müasir trendlərlə uzlaşması istiqamətində görülən işlər, “GP Cotton Holdings” şirkətinin İdarə Heyətinin sədri Yoxanes Hiri Azərbaycanın coğrafi mövqeyi və investisiya mühitinin sektorda innovasiya və infrastrukturun inkişafına təkan verməsi, ATA-nın icraçı direktoru Fəridə Axundova isə ITMF-in hazırda 40-dan çox ölkənin assosiasiya və aparıcı şirkətlərini bir araya gətirdiyi barədə danışıblar.

Seminar çərçivəsində AZPROMO, ATA və ITMF arasında Azərbaycanın tekstil sənayesinin inkişafı və təşviqinə yönəlmiş üçtərəfli fəaliyyət planı imzalanıb. Bu sənəd Azərbaycanın tekstil sənayesinin beynəlxalq standartlara uyğun inkişafı, dayanıqlılıq və izləniləbilənlik üzrə bilik mübadiləsi, ixrac potensialının artırılması, eləcə də yerli istehsalın rəqabət qabiliyyətinin gücləndirilməsi istiqamətində konkret addımların həyata keçirilməsini nəzərdə tutur. Fəaliyyət Planı həmçinin 2029-cu ildə ITMF-in illik konfransının Azərbaycanda keçirilməsi imkanlarının genişləndirilməsinə yönəlmiş yol xəritəsi rolunu oynayır və bu hədəfə nail olmaq üçün zəruri olan koordinasiyalı tədbirlər planını müəyyənləşdirir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031