azturkxeber.az
http://azturkxeber.az

Nazirlikdə Türkiyənin nümayəndə heyəti ilə görüş olub

25-09-2025

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyinin Rəhbərlik və Təftiş Başqanlığının sədri Bekir Aktürkün başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin və fəal siyasi dialoqun ikitərəfli əməkdaşlığımızın bütün sahələrdə möhkəmləndirilməsinin əsasını təşkil etdiyini vurğulayıb.

Türkiyə Respublikası ilə digər sahələrdə olduğu kimi əmək, məşğulluq və sosial müdafiə sahələrində də əlaqələrin daha da gücləndirilməsinin əhəmiyyəti qeyd edilib.

Azərbaycanda əmək münasibətləri sahəsində aparılan islahatlar barədə məlumat verilib.

B.Aktürk nazirliklər arasında ikitərəfli əlaqələrin genişləndirilməsi üçün ardıcıl işlər aparıldığını və uğurlu əməkdaşlıq təcrübəsinin formalaşdığını bildirib.

Qeyd edək ki, nümayəndə heyəti əmək müfəttişliyi faəliyyətlərinin elektronlaşdırılması və onlara nəzarət sisteminin formalaşdırılması üzrə təcrübə mübadiləsinin aparılması üçün ölkəmizdə səfərdədir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930