azturkxeber.az
http://azturkxeber.az

Berlin Filarmoniyasının solistlərinin Bakı Musiqi Akademiyasında ustad dərsi təşkil olunub

25-09-2025

24 sentyabr 2025-ci il tarixində Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Kiçik zalında Berlin Filarmoniyasının solistlərinin iştirakı ilə ustad dərsi təşkil olunub.

Ustad dərsindən əvvəl Azərbaycanın Xalq artisti, Bakı Musiqi Akademiyasının Beynəlxalq əlaqələr, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, professor Yeganə Axundova tədbir iştirakçılarını salamlayaraq, əcnəbi musiqiçiləri təqdim edib.

Trio tərkibində çıxış edən tanınmış musiqiçilər – Beata Antikainen (violonçel), Noora Ylonen (fortepiano) və Harry Ourd (skripka) Bakı Musiqi Akademiyasının tələbələri üçün ustad dərsi keçiblər.

Ustad dərsi zamanı tələbələr ifa bacarıqlarını nümayiş etdirərək, əcnəbi musiqiçilərdən faydalı tövsiyələr alıblar. İfa texnikası, ansambl mədəniyyəti və musiqi interpretasiyası mövzularına xüsusi diqqət yetirilib.

Tədbirdə Bakı Musiqi Akademiyasının professor-müəllim heyəti və tələbələri iştirak ediblər. İştirakçılar bu görüşün onlar üçün həm nəzəri, həm də praktiki baxımdan böyük əhəmiyyət daşıdığını vurğulayıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930