Təbii ki, mən bir azərbaycanlı, yazıçı və bəşər övladı kimi BMT- nin iclaslarını, sesiyalarını kapital sahiblərinin tamaşası sayıram. Bu mənim şəxsi fikirimdir və əsaslarım vardır:
BMT Xocalıda uşaqlarımızla birlikdə öldürüldü, gözü çıxarıldı, dondu.
BMT 4 qətnamə çıxardı, amma 1 milyon azərbaycanlını öz haqqı olan yerlərinə qaytara bilmədi, Azərbaycan əsgəri onun işini gördü.
BMT- in başına Əfqanstanda, İraqda, Suriyada uşaqlarla birlikdə bomba düşdü. İndi də Ukraynada, Qəzzada düşür.
BMT Afrikada Ərəbstan yarmadasında milyonlarla uşaqlarla birlikdə acından öldü.
Ancaq dünya liderlərinin yığışdığı növbəti 80- ci sesiyada ( əslində tamaşada) yadda qalan, bizim üçün maraqlı anlar olur:
Prezident İlham Əliyev seçilirdi. Dünya liderləri sanki onunla şəkil çəkdirməyi, görüşməyi özlərinə şərəf bilirdilər. Dünya liderləri elə bil bir patok tələbə yoldaşı, Əliyev seçilən lider tələbə idi.
Əliyevin beynəlxalq tədbirlərdə qəribə şəkildə arxayınlığı, xüsusilə deyib- gülməsi, başını dik qaldırıb, biraz arxaya əyilib gülməsi burada da müşahidə edilirdi.
Yəqin ki, ll Dünya müharibəsindən sonra yeganə qalib ölkənin, mütləq zəfər çalan dövlətin başçısı belə olmalıdır.
Tramp bu tamaşada şəksiz baş roldadır, hamı onunla görüşməyə, şəkil çəkdirməyə can atır.
Amma o Əliyevi böyük lider adlandırır, onunla bir yerdə söhbətdən şərəf duyduğunu deyir.
O Əliyevlə ki, çox güclü siyasi oyunçudur, gülə- gülə Ağ evdə Zəngəzur yolunu aldı.
Məhz aldı.
Mehriban xanımın bu sessiyada iştirakı Prezidentlə çiyin- çiyinə döyüş səhnəsi təəssüratı yaradır.
Burada gerçək bir lider də vardır-Ərdoğan.
Çıxışa gedərkən bütün zal onu dayanmadan alqışlayırdı.
Ərdoğan mühakiməsi, ağlı və başlıcası cəsarəti dünya tarixinə yazılacaq nümunədir.
Ərdoğan Avropa, Dünya demokratiyasının, elə BMT- nin özünün, insan haqlarının Qəzzada öldüyünü dedi.
Ərdoğan dünya bəşəri yetimlərin cəsarərli babasıdır.
Amma onu da deyək ki, hələlik cəsarərli və ağıllı çıxışlarla.
Bütün bu növbəti tamaşalara baxmayaq, dünya yetimləri öldürlülür, istismar olur və yetimçədirlər.
Və bu fonda dövlətimizin qüdrəti və zəfərlərimizin
real mahiyyəti açıq görünür.
İşimiz BMT yə qalsaydı hələdir yetimçəydik...
SADIQ QARAYEV.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.