Köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb
Sentyabrın 22-də doğma yurduna yola salınan köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb. Bu mərhələdə köçürülən 115 nəfərdən ibarət 29 ailəyə mənzillərin açarları təqdim edilib. Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin rəsmiləri iştirak ediblər. Həsənriz kəndində daimi yaşayış üçün köçürülən ailələrə bərpa edilmiş fərdi yaşayış evlərində mənzillər verilib.