azturkxeber.az
http://azturkxeber.az

“İnklüzivliyin Sirri 4” Forumu keçirildi

22-09-2025

20 sentyabr 2025-ci il tarixində “Inclusive Organization Company”, “Bayraqdar” İctimai Birliyi, “Sara Xatun Mədəni Maarifçilik” İctimai Birliyi və “Ümidlə Gəl” xeyriyyə layihəsinin təşəbbüsü ilə, Yeni Azərbaycan Partiyası Nizami Rayon Təşkilatı, “İDDO” Psixi Sağlamlıq Proqramı, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, “Azərbaycan Uşaqları” İctimai Birliyi, “Samra Center” Uşaq İnkişaf Mərkəzi, Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi və Yeni Klinikanın rəsmi tərəfdaşlığı ilə “İnklüzivliyin Sirri 4” Forumu baş tutdu. Tədbir Yeni Klinikanın ev sahibliyində təşkil olundu.

Forum “Konstitusiya və Suverenlik ili” çərçivəsində nitq məhdudiyyətli şəxslərə və inklüziv təhsilə həsr olunmuşdu. Əsas məqsəd – nitq məhdudiyyətli şəxslərin təhsil sisteminə inklüziv inteqrasiyasının əsaslarını müzakirə etmək, qabaqcıl beynəlxalq təcrübələri, klinik və pedaqoji yanaşmaları paylaşmaq idi.

Sonda isə panel spikerlərinə iştirakları üçün təşəkkürnamələr təqdim edilmiş həmçinin xatirə fostosu çəkilmişdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930