Almatıda Yeniyetmələr Arasında Şahmat üzrə Dünya Çempionatına Start Verilir

Bu gün Qazaxıstanın Almatı şəhərində yeniyetmə şahmatçılar arasında dünya çempionatının açılış mərasimi keçiriləcək.
Mötəbər yarışda 83 ölkədən 785 şahmatçı mübarizə aparacaq. Çempionat 8, 10 və 12 yaş kateqoriyasında oğlan və qızları arasında təşkil olunacaq. Dünya çempionatında ölkəmizi Fatimə Mirzəliyeva, Nurlan Əzizli, Mehriban Əhmədli, Mələk Əsədli, Atilla Orman, Kənan Babasoy və Əsnad Baxşızadə təmsil edəcək.
11 turdan ibarət dünya çempionatına sentyabrın 30-da yekun vurulacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: