azturkxeber.az
http://azturkxeber.az

Balakəndə Respublika Şahmat Olimpiadası başa çatıb

14-08-2025

Balakən Olimpiya İdman Kompleksində 16 yaşadək yeniyetmələr arasında Respublika Şahmat Olimpiadası başa çatıb.

Gənclər və İdman Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə avqustun 4-dən 14-dək keçirilən yarışda respublikanın 26 şəhər və rayonunu təmsil edən 252 şahmatçı mübarizə aparıb. Olimpiada 11 turdan ibarət olmaqla İsveçrə sistemi üzrə FIDE qaydalarına əsasən keçirilib və şəxsi-komanda xarakteri daşıyıb. Şahmatçılar A və B qrupları üzrə yarışıblar. A qrupunda 2009-2014-cü il təvəllüdlü, B qrupunda isə 2015-ci ildə anadan olmuş və daha kiçikyaşlı şahmatçılar mübarizə aparıblar.

Avqustun 14-də şahmat olimpiadasının bağlanış mərasimi olub.

Mərasimdə çıxış edənlər belə yarışların bölgələrdə şahmatın kütləviliyinin daha da artmasına böyük təkan verdiyini bildirib.

Olimpiadanın yekun nəticələrinə əsasən, A qrupu üzrə 2009-2014-cü il təvəllüdlü şahmatçılardan təşkil olunan komandaların yarışında Bakı şəhəri 4 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin komandası qalib gəlib. Sonrakı yerləri Gəncə və Beyləqan komandaları tutublar. B qrupu üzrə 2015-ci ildə anadan olmuş və daha kiçikyaşlı şahmatçıların komanda yarışlarında isə Bakı kollektivi birinci yeri tutub. Ucar və Şəki komandaları, müvafiq olaraq, ikinci və üçüncü yerlərə sahib çıxıblar.

Mərasimin yekununda komanda yarışlarının qaliblərinə Gənclər və İdman Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının kubok və pul mükafatları, həmçinin müxtəlif yaş qrupları üzrə şəxsi birinciliklərdə ilk üç yeri tutan oğlan və qız şahmatçılara diplom və medallar təqdim olunub.

Eyni zamanda, olimpiadada şəxsi yarışlarda birinci yeri tutan Bakı şahmatçıları Məhəmməd Bağırov və Dinarə Hüseynova oktyabrda Monteneqroda keçiriləcək Avropa çempionatında iştirak etmək hüququ qazanıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031