azturkxeber.az
http://azturkxeber.az

Pərvanə Vəliyevanın həmmüəllifi olduğu elmi məqalə ABŞ-da dərc edilib

17-09-2025

Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Pərvanə Vəliyevanın həmmüəllifi olduğu elmi məqalə Amerika Birləşmiş Ştatlarının (ABŞ) Səhiyyə və İnsan Xidmətləri üzrə Dövlət Departamentinin milli tibb jurnalında dərc edilib. Jurnal infeksiyaya nəzarət, qidalanma, vərəm, İİV, vaksinlər, mikrobialdavamlılıq və xəstəliklərin yayılması ilə bağlı ən son biliklərdən bəhs edir.

Şərqi Avropa və Mərkəzi Asiya ölkələrindən - Azərbaycan, Belarus, Moldova, Ukrayna, Qırğızıstan və Tacikistandan olan elm adamları səhiyyə sahəsində birgə tədqiqat işi aparıblar. “Vərəm xidmətlərini yaxşılaşdırmaq üçün standartlaşdırılmış xidmət paketinin tətbiqi” adlı araşdırma işini ölkəmizdə Pərvanə Vəliyeva tədqiq edib.

Araşdırmada Azərbaycanda vərəmlə mübarizə tədbirlərinin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyə və göstəricilərinə uyğunluğu qiymətləndirilib. Araşdırmanın nəticəsi olaraq, ölkəmizdə ÜST tərəfindən hazırlanmış “Vərəm xidmətlərinin standart paketi”nin 12 xidmətindən 10-nun uğurla adaptasiya edildiyi və dövlət-QHT əməkdaşlığının müsbət təcrübələri qeyd olunub. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və Qlobal Fondun ölkədə vətəndaş cəmiyyətinin vərəmlə mübarizə fəaliyyətlərinin icrasındakı maliyyə dəstəyi vurğulanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930