azturkxeber.az
http://azturkxeber.az

Badara sakini: Xocalı faciəsində atam, anam, iki bacım və polis qardaşım şəhid olub

17-09-2025

Badara sakini: Xocalı faciəsində atam, anam, iki bacım və polis qardaşım şəhid olub

Prezidentin kəndimizə, evimizə gəlməsi bizim üçün böyük sevinc oldu. Bundan gözəl təəssürat ola bilməz. Bizi doğma torpaqlara qovuşdurduğuna, qayğımıza qaldığına, gözəl mənzillə təmin etdiyinə görə dövlətimizin başçısına təşəkkürümü bildirirəm.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə Xocalının Badara kəndinin sakini Barat Novruzov deyib.

“Xocalı faciəsi zamanı beş nəfər ailə üzvümü itirmişəm. Atam, anam, iki bacım və polis qardaşım həlak olub. Özüm də yaralanaraq əsir düşmüşdüm. Əsirlik dövründə məni Ruben adlı erməninin qəbri üstündə öldürmək istəyirdilər. Yolda özümü qayadan ataraq sağ qaldım”, - deyən B.Novruzov artıq o günlərin arxada qaldığını, 33 ildən sonra doğma torpaqlarına qovuşmağın sevincini yaşadığını söyləyib.

“Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Ulu Tanrı Ali Baş Komandanımıza uzun ömür versin. Onun apardığı xarici və daxili siyasət nəticəsində biz doğma torpaqlarımıza qayıtmışıq. Bizim üçün burada gözəl şərait yaradılıb”, - deyə o bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930