azturkxeber.az
http://azturkxeber.az

Polis Binəqədi və Qaradağ rayonlarında oğurluq edən şəxsləri saxlayıb

16-09-2025

Polis Binəqədi və Qaradağ rayonlarında oğurluq edən şəxsləri saxlayıb

Binəqədi rayonunda bir nəfərə məxsus dəyəri 2 min manat olan motosikletin oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 28 yaşlı R. Rzayev, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 40 yaşlı M. Cəfərov saxlanılıblar.

Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki evlərin birindən isə mobil telefon, şəxsiyyət vəsiqəsi və iki ədəd bank kartından 2 min 200 manat pul oğurlamaqda şübhəli bilinən 26 yaşlı N. Allahverdiyev də polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Araşdırmalar davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930