azturkxeber.az
http://azturkxeber.az

Emin Əmrullayev: "MİQ-də minimal bal toplamayan məzun üçün ali məktəb məsuliyyət daşıyır"

16-09-2025

"Əgər ölkədəki ali təhsil müəssisəsinin pedaqoji fakültəsini bitirən şəxs MİQ imtahanında heç olmasa minimal bal toplamırsa, sual yaranır: O diplomu verən müəssisə məsuliyyət daşıyır, ya yox?”

Bu sözləri elm və təhsil naziri Emin Əmrullayev AzTV-nin “Hədəf” proqramında deyib.

Nazir bildirib ki, bəzi hallarda universitetlərdə diplomlar müəyyən ambisiyalara görə təqdim olunur: “Əgər adama diplom vermisənsə, mən demirəm o hamıdan yüksək bal yığsın, deyirəm ki, minimal bal toplasın. Bu diplomlar sadəcə olaraq bəzən mərhəmət hissi ilə, bəzən kiminləsə üz-üzə gəlməmək, bəzən kiminsə hay-küyü ilə üzləşməmək üçün verilir. Sonra əmək bazarında həmin adamların bacarıqları olmayanda bunun məsuliyyətini həmin ali təhsil müəssisəsi daşıyır. Bunu ört-basdır etmək düz deyil”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930