Bakı–Ağstafa Marşrutu üzrə Əlavə Qatar Reysləri – 20 və 21 Sentyabrda
Artan sərnişin tələbatını qarşılamaq üçün ADY 20 sentyabrda Bakı–Ağstafa, 21 sentyabrda isə Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçirəcək.
Eyni zamanda, Bakı-Qazax-Bakı qatarları ilə ənənəvi qrafiklə hər gün hər iki istiqamətə səfər edə bilərsiniz.
Hərəkət cədvəli və biletlərlə bağlı məlumatı (www.ady.az) rəsmi saytından, “ADY Mobile” tətbiqindən, dəmiryol kassalarından və 7/24 fəaliyyət göstərən 1822 Çağrı Mərkəzindən öyrənə bilərsiniz.