Astanada Dünya və ənənəvi dinlər liderləri Qurultayının Katibliyinin iclası keçirilir
Bu gün Qazaxıstanın paytaxtında Dünya və ənənəvi dinlər liderləri Qurultayının Katibliyinin 23-cü iclası keçirilir.
İclasa dünya və ənənəvi dini konfessiyaların liderləri qatılıblar.
Azərbaycanı tədbirdə Qurultayının Katibliyinin daimi üzvü olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə təmsil edir.
Xatırladaq ki, sentyabrın 17-18-də Astanada Dünya və ənənəvi dinlərin liderlərinin VIII Qurultayı keçiriləcək. Forumda dünyanın təqribən 60 ölkəsindən 100-dən çox nümayəndə heyəti aktual məsələləri müzakirə edəcək.