azturkxeber.az
http://azturkxeber.az

ABŞ və Çin Madrid danışıqlarından sonra “TikTok”la bağlı çərçivə razılaşmasına nail olublar

16-09-2025

ABŞ və Çin Madrid danışıqlarından sonra “TikTok”la bağlı çərçivə razılaşmasına nail olublar

Madriddə başa çatan tariflər və iqtisadi siyasətlə bağlı daha geniş danışıqlar çərçivəsində ABŞ və Çin “TikTok” proqramı ilə bağlı çərçivə razılaşmasına nail olublar.

Bu barədə ABŞ-ın maliyyə naziri Skott Bessent bildirib.

Sövdələşmə “TikTok”a ABŞ-da fəaliyyətini davam etdirməyə imkan verəcək.

“Məqsəd ABŞ-ın nəzarətində olan mülkiyyətə keçməkdir”, - deyə Bessent Madriddə ikigünlük danışıqlar başa çatandan sonra jurnalistlərə bildirib.

Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp və Çin Xalq Respublikasının Sədri Si Cinpin cümə günü görüşəcəklər.

Nazir bildirib ki, tərəflər çirkli pulların yuyulması və fentanilin qeyri-qanuni ticarətinin qarşısının alınmasında əməkdaşlıq yollarını da müzakirə ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930