azturkxeber.az
http://azturkxeber.az

ÜÇÜNCÜ MƏRTƏBƏ (Hekayə)

12-09-2025

Bir qız var idi. O heç kimin yaşamadığı bir məhəllədə yaşayırdı.

Bir gün onun telefonuna tanınmayan bir nömrədən mesaj gəldi. Bir yerin konumu göndərilmişdir.

O günün səhəri qız yazılan konuma getdi. Və köhnə bir bina gördü. Bina üç mərtəbəli idi.

Birinci mərtəbədə bir stol vardı. Üstündə də bir kitab.

Qız düşünmədən kitabı açdı. Elə bildi ki, kitab boşdu, amma ən altında "qələm tap və adını yaz" yazılmışdır.

Qız otaqda yarım saata axtarıb qələm tapdı və adını yazdı.

Qızın adı Səma idi.

Birdən gördü ki, kitabda "ikinci mərtəbəyə çıx" yazılıb.

Səma ikinci mərtəbəyə çıxdı. Orda bir açar və bir sandıq var idi. Sandığı açan Səma bir məktub gördü. Məktubda " üçüncü mərtəbəyə çıx" yazılmışdır.

Səma üçüncü mərtəbəyə çıxdı.

Otaq bəzənmişdir, masada onun sevdiyi yeməklər var idi. Ona sürpiriz hazırlamışdılar. Axı bu gün onun ad günü idi.

Və qız çox sevindi. Amma dedi ki, kitabda sözlər öz- özünə necə yazıldı?

Sən demə o otaqda qələm axtarànda qardaşı sözləri kitaba yazmışdır.

Və bacısı da fərqli nömrədən ona mesaj və konum atmışdır.

Qarayeva Laləzər Sadıq qızı.

Bakı şəhəri Arif Hüseyinzadə adına 20 nömrəli məktəb-liseyin 3 C sinif şagirdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930