azturkxeber.az
http://azturkxeber.az

Türkiyənin xüsusi nümayəndəsi Zəngəzur dəhlizinin strateji rolunu vurğulayıb

12-09-2025

Türkiyə-Ermənistan normallaşma prosesi üzrə Türkiyə xüsusi nümayəndəsi, səfir Serdar Kılıç ölkənin şərq vilayətlərindən olan İğdırın valiliyini ziyarət edib.

Ermənistan və Azərbaycanla sərhəddə yerləşən vilayətin valisi Ercan Turan ilə görüşdə S.Kılıç İrəvanla dialoq mövzusuna toxunub, həmçinin Zəngəzur dəhlizinin açılmasının əhəmiyyətini vurğulayıb.

Onun sözlərinə görə, erməni həmkarı ilə qarşıdakı müzakirələrdə tərəflərin ata biləcəkləri addımlar, “xüsusən də regionun inkişafına iqtisadi töhfə baxımından” fikir mübadiləsi aparılacaq.

“Zəngəzur dəhlizi təkcə Ermənistanla Türkiyə arasında deyil, həm də Mərkəzi Asiya ölkələri ilə əlaqələrin qurulmasına imkan verəcək çox mühüm kommunikasiya yoludur. Ümid edirəm ki, Prezident Rəcəb Tayyib Ərdoğanın tapşırıqlarına uyğun olaraq bu marşrut işə salınacaq. Ən böyük arzumuz İğdırın, Qarsın və ümumilikdə Türkiyənin inkişafına töhfə verməkdir”, – deyə o bildirib.

Türkiyə xüsusi nümayəndəsi, həmçinin Ermənistan hakimiyyətinin regionda kommunikasiyaların bərpasına hazır olması ilə bağlı bəyanatına diqqət çəkib.

“Ermənistan bütün tərəflərin maraqlarına cavab verən addımları dəstəkləyir. Bununla yanaşı, müəyyən layihələrin reallaşdırılması üçün texniki işlərin aparılması vacibdir. Siyasi iradənin nümayiş etdirilməsinə gəldikdə isə bu məsələdə problem yoxdur”, – deyə o qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930