azturkxeber.az
http://azturkxeber.az

Səlahiyyətli nümayəndə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini ilə görüşüb

12-09-2025

Sentyabrın 12-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini və Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəhbəri Kürşad Zorlunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Ümumilli Lider Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövründən başlayaraq geniş vüsət alan Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin bu gün də ölkə başçılarının səyləri ilə davamlı inkişafda olduğu məmunluqla ifadə edilib, Naxçıvanın türk dünyası üçün önəmi xüsusi vurğulanıb.

Bölgəyə sülh və rifah gətirəcək Zəngəzur dəhlizinin reallaşması fonunda əlaqələrin daha da genişlənməsi imkanları nəzərdən keçirilib, Naxçıvanda nəqliyyat, logistika və mədənçilik sahələri üzrə birgə investisiya layihələrinə dair perspektivlər müzakirə edilib.

Görüşdə qarşılıqlı xatirə hədiyyələri təqdim edilib, xatirə fotoları çəkdirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930