azturkxeber.az
http://azturkxeber.az

Qızılın gizli yolla gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb

12-09-2025

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları şokaladların içərisində gizlədilən qızılın gömrük sərhədindən keçirilməsinə cəhdin qarşısını alıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib ki, Bakı–İstanbul aviareysi ilə gedən Azərbaycan vətəndaşına məxsus çamadan gömrük nəzarət zonasından keçərkən monitorda şübhəli təsvirlər müşahidə edilib.

Yoxlama zamanı ona məxsus əl yükündəki 32 ədəd şokaladın içərisindən, qırıntı şəklində hopdurulmuş, ümumilikdə 240 qram qızıl aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930